Prezident: Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir
13:03 SiyasətAncaq özümüzə və dövlətə güvənməliyik. Birliyimiz heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.
Dövlətimizin başçısı dünyanın dəyişdiyini, yeni təhdid və təxribatların ortaya çıxdığını bildirərək, Azərbaycana qarşı olan qüvvələrin heç vaxt öz niyyətlərindən əl çəkməyəcəklərini vurğulayıb. Həmçinin hüquqlarımızın, milli kimliyimizin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi naminə bu mübarizənin daimi xarakter daşımalı olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31