Ermənistanın yüksək texnologiyalar naziri istefa verə bilər: Paşinyanla ciddi ixtilaf – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, baş nazir Nikol Paşinyan ilə yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan arasında ciddi mübahisə yaranıb. Narazılığa səbəb nazirin mobil telefonların qanunsuz dövriyyəsinin və qaçaqmalçılığının qarşısını almaq məqsədi daşıyan vahid IMEI sisteminin tətbiqi təşəbbüsü olub. Paşinyan bu layihənin ictimaiyyətlə və aidiyyəti qurumlarla müzakirə edilmədən irəli sürülməsinə, nəticədə isə geniş narazılıq və tənqidlərə səbəb olmasına qəzəblənib. Ağır keçən bu söhbətdən sonra nazir Ayrapetyan vəzifəsindən getmək istədiyini bildirib. Onun Ermənistan Futbol Federasiyasının rəhbəri postuna keçəcəyi ehtimal olunur. 

Qeyd edək ki, 2023-cü ilin sonundan nazir olan Ayrapetyan, daha əvvəl baş nazirin xanımı Anna Akopyanın rəhbərlik etdiyi fondun icraçı direktoru, diaspor naziri və deputat vəzifələrində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31