Bəqai: "İran heç vaxt öhdəliklərin pozulmasının təşəbbüskarı olmayıb" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai keçirdiyi brifinqdə ABŞ ilə imzalanmış memorandumun icra olunmamasına görə məsuliyyətin tamamilə Vaşinqtonun üzərinə düşdüyünü bəyan edib. Tehranyönümlü danışıqlarda hər zaman məsuliyyətli davrandıqlarını vurğulayan Bəqai bildirib ki, İran bundan sonra "öhdəliyə qarşı öhdəlik" prinsipi ilə hərəkət edəcək və qarşı tərəf qaydaları pozduğu müddətcə öz öhdəliklərinin icrasından çəkinəcək. 

Regiondakı vəziyyətə toxunan XİN rəsmisi İranın Fars körfəzi ölkələrinə heç bir zərbə endirmədiyini, hədəflərin yalnız ABŞ-nin hərbi obyektləri olduğunu qeyd edib və bölgə dövlətlərini öz ərazilərini Vaşinqtona açmamağa çağırıb. Bəqai, həmçinin Hörmüz boğazının təhlükəsizliyinə xüsusi önəm verdiklərini və ABŞ-nin ticarət gəmilərini hərbi müşayiətlə təmin etmək bəyanatlarının regionda qəsdən qeyri-sabitlik yaratmaq məqsədi daşıdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31