Ölkəmizin müasir şəhərsalma təcrübəsi dünyaya nümunədir- ÖZƏL

"Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərindən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı və hazırda azad edilmiş ərazilərimizdə görülən işlər ölkəmizin müasir şəhərsalma təcrübəsinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən  Azərbaycan Milli Şəhərsalma Forumları bu il ölkəmizin  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyində əhəmiyyətli rol oynadı. Qeyd etdiyimiz şəhərlər hazırda sakinlərinə qovuşub, sevincli günlərini yaşayır. Onların sırasında Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Şuşa, Xocalı, Xocavənd şəhərləri də var. Təbii ki, bu son deyil. Dövlətimizin başçısı İlham Əliyevin Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündə qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Demək olar ki, hər həftə olmasa da, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir, dövlət tərəfindən belə gözəl evlərlə təmin edilir. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi vurğuladı ki, son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara torpaqların sahibləri kimi qayıdacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31