Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik
11:34 SiyasətBiz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar edilməsini istəyirik. Ancaq sülh ədalətli olmalıdır və beynəlxalq hüquqa söykənməlidir.
Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu, yalnız hansısa tərəfin iddiaları və ya gündəliyi əsasında olmalı deyil. Beynəlxalq hüquq istənilən münaqişənin həlli, sülh üçün universal platformadır. Ermənistanla münaqişə dövründə də biz hər zaman beynəlxalq hüququn tərəfdarı olmuşuq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31