Pavel Qerçinski: "Təəssüf ki, Aİ-yə doğru irəliləyən ölkələr arasında Gürcüstan yoxdur" – ÖZƏL
11:27 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Batumidə keçirilən "Avropa Günü" tədbirində çıxışı zamanı Avropanın qlobal çağırışları aşaraq daha da gücləndiyini və birliyin genişləndiyini bildirib. Səfir ortaq qaydaları paylaşan ölkələrin Aİ üzvlüyü yolunda uğurla irəlilədiyini qeyd edərək, bu dövlətlərin arasında Gürcüstanın olmamasından təəssüf hissi keçirdiyini, lakin bunun müvəqqəti xarakter daşıdığına ümid etdiyini vurğulayıb.
Aİ-nin artıq 30 ildən çoxdur Gürcüstanın yanında etibarlı tərəfdaş kimi dayandığını xatırladan diplomat, ittifaqa doğru irəliləyişin yalnız demokratik inkişafa və dəyişməz Avropa qaydalarına riayət edilməsinə əsaslandığını qeyd edib və gürcü xalqını birliyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31