Azərbaycanla Sudan arasında diplomatik viza aradan qaldırılır
11:19 SiyasətMilli Məclis Azərbaycanla Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi sazişini ratifikasiya edib."Olaylar" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiqi haqqında qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.
Layihə daha sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31