Aİ səfiri: "Məhkəmə qərarını şərh etmək mənim yox, məhkəmə sisteminin işidir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski "Güclü Gürcüstan - Lelo" partiyasının liderlərindən biri Aleko Elisaşviliyə oxunan hökmlə bağlı sualı cavablandırarkən bu məsələnin onun tərəfindən şərh edilməsinin doğru olmadığını, bunun tamamilə məhkəmə sisteminin işi olduğunu bildirib. 

Diplomat vurğulayıb ki, o, yalnız Aİ-nin əsaslandığı təməl prinsiplər barədə danışa bilər. Səfirin sözlərinə görə, toplaşmaq, söz və ifadə azadlığı Avropa İttifaqına üzv olmaq istəyən hər bir ölkənin riayət etməli olduğu ən fundamental dəyərlərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31