Elene Xoştariya: "Cəzaların ağırlığı rejimin qorxusunun göstəricisidir" – ÖZƏL
10:05 SiyasətOlaylar.az xəbər verir ki, "Droa" partiyasının həbsdə olan lideri Elene Xoştariya müalicə olunduğu klinikadan Aleko Elisaşviliyə və onun ailəsinə tam dəstəyini ifadə edən məktub ünvanlayıb. Partiyanın sosial şəbəkədə paylaşdığı məktubda Xoştariya kəsilən ağır hökmlərin "Gürcü arzusu" hakimiyyətinin qorxusundan və çarəsizliyindən xəbər verdiyini bildirib.
Xoştariya qeyd edib ki, bu cür sərt cəzalar xalqın iradəsini qıra bilməyəcək və Bidzina İvanişvili növbəti dəfə bu müqavimət divarı ilə qarşı-qarşıyadır. O, mübarizəni sonadək davam etdirəcəklərini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31