Ulu öndərin hakimiyyətə gəlişi ölkənin gələcək inkişaf strategiyasının əsasını qoyub- ÖZƏL
18:41 Siyasət"14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ölkənin gələcək inkişaf strategiyasının əsasını qoyub, iqtisadiyyatın, sənayenin, elm və təhsilin, mədəniyyətin inkişafına yeni təkan verib". "Olaylar" xəbər verir ki, bunu YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib: "Həmin dövrdə güclü sənaye potensialı yaradılıb, iri infrastruktur layihələri həyata keçirilib, milli kadr hazırlığına xüsusi diqqət yetirilib. Minlərlə azərbaycanlı gəncin keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi sonradan müstəqil Azərbaycanın idarəçilik və elmi potensialının formalaşmasında mühüm rol oynayıb.
1969-1982-ci illərdə yaradılmış iqtisadi baza və insan kapitalı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərin aradan qaldırılmasında mühüm dayaq olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçilik, sabitlik və uzaqgörən siyasət xəttinin məntiqi davamı idi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".