Ərazi bütövlüyünü təmin edən Azərbaycanın dayanıqlı inkişafı davam edir- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbər seçilməsindən sonra ölkənin ictimai-siyasi, iqtisadi və sosial həyatında mühüm dönüş yaradan genişmiqyaslı islahatlar həyata keçirilib. Həmin dövrdə əsası qoyulan inkişaf strategiyası Azərbaycanın bugünkü tərəqqisinin təməlini təşkil edir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: 
"Ulu Öndər Heydər Əliyevin ilk hakimiyyəti illərində həyata keçirilən şəhərsalma və sənayeləşdirmə siyasəti bu günkü inkişafın təməlini təşkil edir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişi respublikanın iqtisadi və sosial inkişafında yeni mərhələnin başlanğıcı olub. 1969-1982-ci illəri əhatə edən dövr ölkənin sənaye potensialının gücləndirilməsi, şəhərsalma sahəsində mühüm layihələrin həyata keçirilməsi və gələcək dövlət müstəqilliyinin iqtisadi əsaslarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nəticəsidir. Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi sayəsində ölkəmiz davamlı inkişaf yolunda inamla irəliləyir, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycanın dayanıqlı inkişafı bundan sonra da ardıcıl şəkildə təmin ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31