ABŞ və İranın qarşılıqlı təhdidləri: Yeni gərginlik dalğası gəlir? – ÖZƏL

ABŞ və İran arasında hərbi toqquşmaların nəticəsi nə olacaq? Tərəfləri real sülh masasına oturdacaq və kompromisə məcbur edəcək əsas amil nədir? Müharibə Cənubi Qafqaza necə təsir edəcək?

"Müharibə ehtimalı hələ də yüksək olaraq qalır. Əslində, qarşıdurmanın tərəfləri qarşılıqlı şəkildə bir-birilərini təhdid edirlər və böyük ehtimalla bu təhdidlər daha da güclənəcək. Hərçənd ki, zaman-zaman hücumlarda müəyyən fasilələr müşahidə oluna bilər, ümumi gərginlik davam edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, istər ABŞ, istərsə də İran geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Bu isə onu göstərir ki, qarşıdakı dövrdə gərginlik artan xətt üzrə davam edə bilər. Belə bir vəziyyətdə qarşılıqlı zərbələrin endirilməsi ehtimalı da qalır. İranın ABŞ-nin hərbi bazalarına və digər obyektlərinə zərbələr endirməsi, eləcə də ABŞ-nin İran ərazisindəki hədəflərə yeni hücumlar həyata keçirməsi istisna deyil. Yəni düşünmürəm ki, münaqişə tam başa çatıb. Böyük ehtimalla, ABŞ və İran arasında yeni gərginlik dalğasının yaranması riski yüksək olaraq qalır və bunun əlamətləri yaxın vaxtlarda daha aydın şəkildə özünü göstərə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31