Azərbaycan Ermənistana 434 min avro ödəyib
10 İyul 12:40 Siyasət2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından uçuşlar üçün "Armaeronaviqasiya" şirkətinə 434.316 avro ödəyib.
Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq "Avrokontrol"un (Aviasiya Təhlükəsizliyi üzrə Avropa Təşkilatı - red.) mərkəzi ofisi vasitəsilə həyata keçirilib. Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00