Ermənistan parlamentinin spikeri Alen Simonyanı öz komandası postundan uzaqlaşdırıb – ÖZƏL
12:02 SiyasətOlaylar.az xəbər verir ki, "Joqovurd" qəzetinin məlumatına görə, hakim "Vətəndaş Müqaviləsi" partiyasının iyirmiyə yaxın nümayəndəsi parlamentin spikeri Alen Simonyana qarşı fəal kampaniya apararaq, baş nazir Nikol Paşinyanın onun vəzifədən kənarlaşdırılması qərarına təsir göstərə bilib.
Partiya üzvləri Paşinyana Simonyanın adı hallanan korrupsiya sövdələşmələri, klan sisteminin qurulması və komanda yoldaşlarının təhqir olunması ilə bağlı kompromat materiallar, eləcə də onun ailəsinin mülkünün kəskin artması barədə media hesabatlarını təqdim ediblər. Nəticədə, partiyadaxili narazılığı nəzərə alan baş nazir Simonyanın vəzifədə qalmasını dəstəkləməyib. 2021-ci ildən spiker olan Simonyan seçkilərdən sonra vəzifəsiz qalıb, mandatından imtina edib və onun yerini vitse-spiker Ruben Rubinyanın tutacağı məlum olub.