ABŞ konqresmeni: Gürcüstan nümayəndə heyətinin ATƏT PA-nı tərk etməsi rüsvayçılıqdır – ÖZƏL
11:42 SiyasətOlaylar.az xəbər verir ki, ABŞ konqresmeni, ATƏT Parlament Assambleyasının (PA) Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri Co Uilsen Gürcüstan nümayəndə heyətinin onun hazırladığı qətnamənin qəbuluna etiraz olaraq iclas zalını tərk etməsini rüsvayçılıq adlandırıb.
Konqresmen qeyd edib ki, Haaqada qəbul edilən bu sənəd Gürcüstanı ələ keçirmiş "iranpərəst terrorçu mafiya rejimini" və Rusiya prezidenti Putinin Şərqi Avropadakı müttəfiqlərə hücumlarını pisləyir. Bu addımın prezident Trampın güclü xarici siyasət kursuna mühüm dəstək olduğunu vurğulayan Uilsen, növbəti il Çarlstonda keçiriləcək ATƏT PA-nın iclasında daha sərt qərarların qəbul ediləcəyinə işarə vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31