Azərbaycanla Ukrayna arasında yeni müqavilə ratifikasiya olunub
11:19 SiyasətAzərbaycanla Ukrayna arasında yeni müqavilə təsdiq edilib. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı bildirib ki, yeni sənəd iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ratifikasiya edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31