Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirir- ÖZƏL
14:47 Siyasət"Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib. O, qeyd edib ki, Avropa Komissiyası ilə qarşılıqlı hörmət, bərabərhüquqlu və ortaq maraqlara əsaslanan əməkdaşlıq münasibətləri son illər yeni inkişaf mərhələsinə qədəm qoyub: "Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilib. Yaşıl enerjiyə keçid, nəqliyyat-logistika, rəqəmsal inkişaf, ticarət və investisiya sahələrində əməkdaşlığın genişlənməsi həm ölkəmizin, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Azərbaycan etibarlı tərəfdaş kimi üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Bu, beynəlxalq müstəvidə ölkəmizə olan etimadı daha da gücləndirir".