Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib- ÖZƏL
13:36 SiyasətÇin Xalq Respublikasında səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti müxtəlif səviyyəlrdə görüşlər keçiriblər. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib: "Çin Xalq Respublikasına səfərimiz çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbər müavini Sun Haiyan ilə görüş keçirdik. Görüşdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın inkişafı, ölkələrimizin və hakim partiyalarımız arasındakı yüksələn əməkdaşlıq münasibətləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Görüşdə Azərbaycanın ÇXR-dəki Fövqəladə və Səlahiyyətli Səfiri Bünyad Hüseynov da iştirak edirdi.
Görüşün sonunda xanım Sun Haiyana Azərbaycan xalqının milli-mədəni dəyərlərini əks etdirən xatirə hədiyyəsini təqdim etdim. İnanırıq ki, bu görüş dostluq və strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək".