Tramp Ali Məhkəmədən əl çəkmir: İşə yenidən baxılmalıdır

ABŞ prezidenti Donald Tramp Ali Məhkəmədən doğum yerinə görə vətəndaşlığın verilməsinin məhdudlaşdırılması məsələsinə yenidən baxılmasını tələb edəcək.

Musavat.com xəbər verir ki, o, bunu "Truth Social"-da elan edib.
Tramp bir daha Ali Məhkəmənin onun doğuma görə ABŞ vətəndaşlığını qadağan edən sərəncamının ləğvini nəzərdə tutan qərarını tənqid edib. Məhkəmə bu sərəncamım konstitusiyaya zidd olduğuna dair qərar qəbul edib.

Tramp yenə ABŞ-da doğulan uşağın ailə üzvlərinin Amerika vətəndaşlığına iddia edə biləcəyi sxemi saxtakarlıq və cinayət adlandırıb: "Mən dərhal Ali Məhkəmədən işə yenidən baxılmasını tələb edəcəyəm. Ali Məhkəmə mənasız qərarını ləğv etməsə, bu səhv Amerikanı məhv edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31