Ərdoğan Avropa liderlərinə elə hədiyyə verdi ki...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitindən sonra vida hədiyyəsi olaraq Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Kosta və Aİ liderlərinə maraqlı hədiyyələr təqdim edib.

Musavat.com "Politico"-ya istinadən xəbər verir ki, hədiyyə döyüş sursatı ilə dolu oyma tapançalar olub.

Qeyd olunur ki, Avropa Şurası sədrinin təhlükəsizlik qrupu hədiyyə edilən silahları yoxlama üçün götürüb. Avropa rəsmilərinin sözlərinə görə, tapançalar Belçikanın sərt məhdudiyyətlərinə cavab vermir və Kosta və fon der Lyayenin onları özlərində saxlaması ehtimalı azdır.

Politico qeyd edib ki, Ərdoğandan hədiyyələr alan Britaniya Baş naziri Keir Starmer və hollandiyalı həmkarı Rob Jetten tapançalarını evə göndərməzdən əvvəl təhlükəsizlik səbəbləri ilə işlək vəziyyətə gətirilməsi üçün Ankarada saxlayacaqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31