Şəxsi məlumatlarınız əleyhinizə istifadə oluna bilər-Deputat çağırış etdi- ÖZƏL

"Süni intellektlə paylaşdığınız şəxsi və həssas məlumatlar, sirlər sizin əleyhinizə istifadə oluna bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: " Təsəvvür edirsiniz, insanlar ora ailə münasibətləri, biznes planları, hüquqi sənədləri, xəstəlik tarixçələri ilə bağlı məlumatları yükləyir. Ancaq sizin məxfi hesab etdiyiniz söhbət başqa bir istifadəçinin ekranında görsənir.

Bunun nə qədər ciddi təhlükə olduğunu sübut edən bir nümunəni qeyd etmək istəyirəm. Bu hadisə 2023-cü ildə mart ayında baş verib. ChatGPT-də baş vermiş texniki xəta nəticəsində bəzi istifadəçilərin şəxsi yazışmalarının başlıqları, hətta bir qisminin profili və ödəniş məlumatları digər istifadəçilərin ekranlarında görsənib. Kiber təhlükəsizliyi təmin etmək dövlətin vəzifəsidir. Kiber gigiyenası vətəndaşın məsuliyyətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31