Ermənistan mətbuatı: Hüquq-mühafizə orqanlarına Qagik Tsarukyanın biznesində nöqsan tapmaq tapşırılıb – ÖZƏL
10:28 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzetinin yaydığı məlumata görə, ölkənin Dövlət Gəlirləri Komitəsi, İstintaq Komitəsi, Prokurorluq və Milli Təhlükəsizlik Xidməti bir aydan çoxdur ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qagik Tsarukyanın müəssisələrində nöqsanlar aşkar etmək üçün gücləndirilmiş iş rejimində çalışır. İstintaq orqanları Tsarukyanı külli miqdarda fırıldaqçılıq təşkil etməkdə, çirkli pulların yuyulmasında, Ermənistan-İran birgə şirkətləri vasitəsilə dövlətə 21 milyon dollardan çox ziyan vurmaqda və yanacaq tədarükü sövdələşməsində İran vətəndaşından 934 min dollar mənimsəməkdə ittiham edir. Bundan əlavə, onun evində və Ermənistan Milli Olimpiya Komitəsində axtarışlar aparılıb, həmçinin qanunsuz ov ittihamı ilə mülkündən vəhşi heyvanlar müsadirə edilib.
Qəzet iddia edir ki, vergidən yayınma ittihamları həbs üçün yetərli olmadığından hakimiyyət fırıldaqçılıq sübutları tapmağa çalışır; Qagik Tsarukyan isə öz növbəsində bütün bu ittihamların tamamilə saxta, yalan və əsassız olduğunu bəyan edib.