NATO rəsmisi: ABŞ-nin "Abrams" tankları və "Atacms" raketləri Avropada istehsal olunacaq – ÖZƏL
14:28 SiyasətOlaylar.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte sammit çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda bəyan edib ki, Alyans ölkələri Avropada ABŞ-nin "Abrams" tankları, "Atacms" və "Amraam" raketləri, həmçinin "Stinger" zenit-raket komplekslərini istehsal edəcək. Baş katib ABŞ və Avropanın aparıcı hərbi şirkətləri arasında imzalanan yeni hərbi-sənaye təşəbbüsünü alqışlayaraq, bu addımın Atlantikanın hər iki tərəfində əlavə investisiyalar qoyulmadan müdafiə sənayesi üçün vahid zavodlar sistemi yaradacağını bildirib.
Ruttenin sözlərinə görə, əsas məqsəd Ukraynaya edilən yardımlardan sonra boşalan arsenalları yenidən doldurmaq və rəqiblərdən daha çox silah istehsal etməkdir. Bu layihənin Alyansın hərbi imkanlarını kəskin şəkildə artıracağını vurğulayan baş katib, planların icrası üçün konkret vaxt qeyd etməyib.