Diplomatik uğurların kökündə duran amillər- ÖZƏL

"Müasir beynəlxalq proseslər yüksək dinamika, sərt   rəqabət,   qarşıdurma, siyasi, iqtisadi və hüquqi amillərin çoxsəviyyəli qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Bu sərt rəqabət, qarşıdurma, yeni dünya nizamının formalaşması mərhələsində hər bir ölkənin beynəlxalq nüfuzu,  diplomatik uğurları, beynəlxlaq arenada yeri, rolu milli maraqların qorunması, davamlı inkişaf, təhlükəsizliyinin təmin edilməsində ən mühüm amilə çevirilir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimov deyib: "Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün çağdaş qlobal proseslərdə, beynəlxalq gündəliyin formalaşmasında  iştirak edir, sabitlik və təhlükəsizlik ixrac edir, güclü diplomatik mövqelərə malikdir, sülh təşəbbüsləri ilə Cənubi Qafqaz regionunun transformasiyasını həyata keçirir. 

Bu strateji kurs Azərbaycanın gələcək onilliklər üçün iqtisadi dayanıqlığını, müstəqil xarici siyasətini və beynəlxalq nüfuzunu sığortalayır. Bu starteji kurs həmçinin, səriştəli, peşəkar diplomatiya ilə həyata keçirilir. Azərbaycanın beynəlalq nüfuzunun ən real göstəriciləri beynəlxalq təşkilatlarda, platformalarda təmsilçilik, diplomtik uğurlardır.  Azərbaycan artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur, 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvüdür. 

Azərbaycan diplomatiyası bu gün praqmatik,  qlobal miqyasda,  regionda  baş verən geosiyasi proseslərin, beynəlxalq münasibətlərin transformasiyasının, əsas trendlərin dərin təhlilinə əsaslanan peşəkarlıqla güclü reputasiya qazanıb. Azərbaycan diplomatiyasının reputasiyası, peşəkarlığı  Azərbaycanın xarici siyasətinin əsas vəzifələrini, balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa söykənın xarici siyasət kursunun davam etdirilməsi, həm Qərb, həm də Şərq qütbləri ilə münasibətlərini paralel, səmərəli şəkildə inkişaf etdirilməsi, TDT coğrafiyasında inteqrasiyanın sürətləndirilməsini,  Cənubi Qafqazın sülh gündəliyi ilə transformasiyası kimi strateji məqəsədlərə nail olunmasında  əhəmiyyətli töhfə verir. 

Diplomatik təmsilçilik sahəsində qazanılan hər bir uğur, beynəlxalq platformalarda səmərəli təmsilçilik  Azərbaycanın beynəlxalq qərarların qəbuluna təsirini, milli maraqlarını qlobal müstəvidə qorunması imkanını genişləndirir. Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliklərin peşəkar kadr potensialı, on illər ərzində dövlət başçısının rəhbərliyi ilə yaradılmış qarşılıqlı hörmət və etimad mühiti, ölkənin beynəlxalq öhdəliklərinə sadiq qalması  diplomatik uğurlarımızı şərtləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31