ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib

Azərbaycan 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunmuş ölkələr sırasındadır. Bu barədə  G20 ABŞ sədrliyinin rəsmi saytı   xəbər verir. Sammitə dəvət edilmiş ölkələrin siyahısına həmçinin Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxildir.

Xatırladaq ki, 2025-ci ildə G20 sammiti Yohannesburqda (CAR) keçirilib./ "Report" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31