Andranik Tevanyandan sərsəm iddia: "Xarici qüvvələr Paşinyandan seçki dəstəyinin bədəlini tələb edir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, həbsdə olan "Ana Ermənistan" partiyasının sədri Andranik Tevanyan bəyanat yayaraq, baş nazir Nikol Paşinyanın və "Vətəndaş Müqaviləsi" partiyasının qeyri-legitim olduğunu və hakimiyyəti görünməmiş saxtakarlıqlarla qoruduğunu bildirib. Tevanyanın sözlərinə görə, bu seçki saxtakarlıqlarında daxili resurslarla yanaşı, Türkiyə, Azərbaycan, Fransa prezidenti və Aİ rəsmiləri kimi xarici qüvvələr də birbaşa Paşinyanın xeyrinə iştirak ediblər və indi bunun əvəzini erməni xalqının hesabına tələb edirlər.

Partiya sədri qeyd edib ki, Paşinyan böyük güzəştlərə və xəyanətə hazırlaşdığı üçün ölkədə azad sözü boğmağa, müxalifətə qarşı terror və repressiyalara əl atıb, Qaqik Tsarukyanın şirkətlərindəki kütləvi axtarışlar da bu planın tərkib hissəsidir. Tevanyan bütün sağlam qüvvələri birləşməyə çağıraraq, müqavimət göstərilmədiyi təqdirdə növbəti təzyiqlərin hər kəsə çatacağını vurğulayıb. 

Xatırladaq ki, millət vəkili olan Tevanyan bu ilin may ayında dövlət sirrini Rusiya xüsusi xidmət orqanlarına ötürmək və casusluq ittihamı ilə həbs edilib, lakin o, ittihamları absurd və siyasi motivli adlandırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31