Ermənistanda müxalif liderin şirkətlərində genişmiqyaslı axtarışlar aparılır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Multi Tabak" şirkətinin baş direktoru Culyeta Markaryan jurnalistlərə açıqlamasında bildirib ki, səhər saatlarında naməlum hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizəçiləri binadan çıxararaq içəridə əməliyyat aparırlar. Şirkətin üç aydır fəaliyyət göstərmədiyini və bu yaxınlarda büdcə yoxlamasından keçdiyini deyən Markaryan, baş direktor olmasına baxmayaraq, onun da içəri buraxılmadığını və onlara heç bir rəsmi xəbərdarlıq edilmədiyini vurğulayıb. 

Qeyd edək ki, iş adamı Qaqik Sarukyanın mülkündə, ona məxsus "Multi Qrup" konserninə daxil olan demək olar ki, bütün şirkətlərdə və onların rəhbərlərinin evlərində genişmiqyaslı axtarışlar aparılır. İstintaq Komitəsi hələlik yalnız cinayət işi çərçivəsində zəruri əməliyyatların keçirildiyini və rəsmi açıqlama veriləcəyini bəyan edib. Bir neçə gün öncə isə Baş Prokurorluq Sarukyanın deputat toxunulmazlığının ləğv edilməsi üçün MSK-ya müraciət göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31