Erməni analitik: "Qaqik Sarukyana qarşı addımlar müxalifəti sındırmaq cəhdidir" – ÖZƏL
12:14 SiyasətOlaylar.az xəbər verir ki, siyasi analitik Arman Abovyan jurnalistlərə açıqlamasında "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Sarukyanın mülkündə və "Multi Qrup" konserninə daxil olan şirkətlərdə aparılan axtarışları kəskin pisləyib. Abovyan baş verənləri hakimiyyətin müxalifəti susdurmaq və neytrallaşdırmaq yönümlü "faşizm təzahürü" adlandırıb. O qeyd edib ki, bu təzyiqlər Konstitusiya Məhkəməsinin müxalifətin iddialarını rədd etməsindən və hakimiyyətin Ankara ilə Bakının diktəsi altında hərəkət etməsindən öncə baş verir.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan hələ seçkilərdən əvvəl müxalifət liderlərinin "başını kəsmək" vaxtının çatdığını bəyan etmiş, prokurorluq isə Sarukyanın qanunsuz yolla əldə edildiyi iddia olunan 300 milyon dollardan çox əmlakının müsadirəsini və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdi.