Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir- ÖZƏL

"Müşahidilər göstərir ki, Rusiya qürub çağındadır. Bu ölkənin bütün çabaları əbəsdir. Dünya, Qərb, Cənubi Qafqaz və ən əsası bu ölkənin daxilində boğulan xalqlar Rusiya təqibindən, kabusundan qurtulmaq istəyir. Qarşılıqlı hörmətə söykənən normal əməkdaşlıq əvəzinə Rusiya imperiya iddialarını önə çəkir.  Ermənistandakı parlament seçkilərində  bütün resurslarını işə salaraq, revanşistlərə, Xocalı qatillərinə  və digər ruspərəst qüvvələrə dəstək olmaqla Şimal  qonşumuz  öz nüfuzunu daha da itirdi. Bu onu göstərir ki, dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir. Bəlkə də neytral mövqeydə qalsaydı, bu prosesdən daha urvatlı çıxardı". Bunu "Olaylar"a siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "

"Amma görünən odur ki, hay məmləkətinin parlament seçkisində uduzan Rusiya  indi də TRIPP layihəsinə girişib. Bu kəmər vasitəsilə öz mövcudluğunu və regionda nəzarətini qoruyub saxlamaq istəyir.  Çirklənmiş Rusiya kanalları vasitəsilə Zəngəzur dəhlizinin çəkilməsi Rusiya ilə bərabər İranın da maraqlarına zidd olduğu bildirilirdi. Hətta Ermənistanın keçmiş prezidenti Robert Köçəryan seçkiqabağı çıxışlarında  TRIPP xəttinin Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etdiyini və bu layihəyə yenidən baxacaqlarını bildirmişdi. Təbii ki, bu vələduznanın yüyəni Moskvanın əlində olub və gələn təlimatlara uyğun olaraq o, çıxış edib. 

Amma görünən odur ki, müharibələrə, davam edən münaqişələrə baxmayaraq, çağdaş dünyada imperiya iddiaları,  dağıdıcı proksi silalhlı qüvvələr vasitəsilə vəziyyətə nəzarət etmək cəhdləri  uğursizluğa düçar olur. Azad, müstəqil yaşamaq istəyən xalqlar çoxkonfiqurasiyalı  məkrli planları mənfi qarşılayır. Ukraynanın apardığı ədalətli müharibə, işğalçıya qarşı dirənişi bir daha göstərir ki, işğalla, zorakı vasitələrlə  xalqların iradəsini sındırıb imperiya iddialarını gerçəkləşdirmək mümkünsüzdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31