Gürcüstan parlamentarisi ATƏT-in "Moskva mexanizmi" hesabatındakı qüsurları tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyasındakı çıxışında "Moskva mexanizmi"nin işə salınmasını və onun nəticələrini təşkilata üzv dövlətlərin əksəriyyətinin dəstəkləmədiyini bildirib. O, ABŞ, Fransa, İspaniya və İtaliya daxil olmaqla, 34 üzv dövlətin bu rəyi təsdiqləmədiyini xüsusi vurğulayıb. Samxaradzenin sözlərinə görə, cəmi 72 saat ərzində tək bir ekspert tərəfindən hazırlanan sənəddə çoxlu sayda faktiki uyğunsuzluqlar və ittihamlar yer alıb. 

Ekspertin özünün də bütün ittihamlar üzrə kifayət qədər sübut toplamağa vaxtının çatmadığını etiraf etdiyini deyən komitə sədri, rəsmi Tbilisinin ATƏT-in Daimi Şurasında hesabatla bağlı öz mövqeyini bildirdiyini qeyd edib. O, hesabatdakı bəzi tövsiyələrlə razılaşdıqlarını və onların artıq icra olunduğunu desə də, sənədin tam həqiqəti əks etdirmədiyini və faktiki dəqiqlik baxımından qüsurlu olduğunu diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31