Medvedçuk: Almaniya Ukraynanın yolunu təkrarlayaraq ölkəni fəlakətə sürükləyir- ÖZƏL

"Digər Ukrayna" hərəkatının rəhbəri və qadağan olunmuş "Müxalifət Platforması- Həyat Naminə" partiyasının keçmiş lideri Viktor Medvedçuk Almaniya hakimiyyətini Ukraynanın Maydan ssenarisini təkrarlamaqda və rusofobiya siyasəti yürütməkdə ittiham edib. Olaylar.az xəbər verir ki, hərəkatın rəsmi saytında dərc olunan məqaləsində Medvedçuk bildirib ki, Almaniyada müxalifətin, xüsusilə də Almaniya üçün Alternativ (AfD) partiyasının populyarlığı artır. Onun sözlərinə görə, AfD Almaniya prokurorlarının Ukrayna tərəfini "Şimal Axını-2" qaz kəmərinə qarşı təxribatda ittiham etməsindən sonra Kiyevə maliyyə yardımının dayandırılmasını tələb edir.
Medvedçuk hesab edir ki, Ukrayna Almaniyaya ciddi ziyan vurub və buna görə Kiyevin maliyyələşdirilməsi dayandırılmalı, məsul şəxslər isə cavab verməlidir. O bildirib ki, bu yanaşma sağlam məntiqə əsaslanır və AfD-nin siyasi reytinqlərdə önə çıxmasının səbəblərindən biridir.
Siyasətçi həmçinin iddia edib ki, vaxtilə Ukraynada "Maydan" hadisələri məntiq və praqmatik yanaşmanı arxa plana keçirdiyi kimi, oxşar proseslər artıq Almaniyada da müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31