Nikol Paşinyanın adı “İnnoprom-2026” sərgisinin spikerləri siyahısından çıxarılıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın adı iyulun 6-dan 9-dək Yekaterinburqda keçiriləcək "İnnoprom" beynəlxalq sənaye sərgisinin dəvət olunmuş spikerləri siyahısından silinib.

Əvvəlcə onun Rusiya Hökumətinin sədri Mixail Mişustin və digər dövlət rəsmiləri ilə birlikdə əsas plenar iclasda çıxış edəcəyi bildirilsə də, sonradan adı tədbirin rəsmi saytından yoxa çıxıb. Sərgi təşkilatçıları proqramdakı bu dəyişikliyi hələlik şərh etməyiblər. Paşinyanın səfərinin ləğv edilib-edilmədiyi və ya iştirakçı heyətinə düzəliş edildiyi barədə Ermənistan hökuməti tərəfindən də hər hansı rəsmi açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31