Alen Simonyan parlamentlə vidalaşdı: Ermənistanın 8-ci çağırış parlamenti işini yekunlaşdırır – ÖZƏL
15:22 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan iyulun 3-də qanunverici orqanın tribunasından sonuncu dəfə çıxış edərək deputatlara və parlament əməkdaşlarına birgə fəaliyyətə görə təşəkkür edib.
Çətin və tarixi bir dövrü geridə qoyduqlarını qeyd edən Simonyan, fəaliyyəti dövründə kiməsə qarşı ədalətsizlik edibsə, üzr istədiyini bildirib. O, spiker postuna namizəd olan dostu Ruben Rubinyana uğurlar arzulayaraq, onun növbəti çağırışda sabit 5 illik müddətə sədr olmasını diləyib. Hakimi partiyanın deputatları Simonyanı ayaqüstə alqışlarla yola salıblar. Bununla da, növbədənkənar sessiyanın gündəliyindəki bütün məsələləri səsverməyə qoyan Ermənistanın 8-ci çağırış Milli Məclisi, böyük ehtimalla, öz işini tam başa vurub.