Ermənistan və Qazaxıstan səfirlikləri üçün torpaq sahələri ayırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamenti Qazaxıstanla İrəvan və Astanada diplomatik nümayəndəliklərin tikintisi üçün qarşılıqlı torpaq sahələrinin ayrılmasını nəzərdə tutan sazişi ratifikasiya edib.
Prinsipial razılaşmaya əsasən, hər iki tərəf bir-birinə simvolik olaraq illik 1 dram və 1 təngə icarə haqqı müqabilində 0,33 hektar ərazi təqdim edəcək. 

Qazaxıstanın İrəvandakı yeni səfirliyi ABŞ və Çin diplomatik nümayəndəliklərinin də yerləşdiyi İsakova prospektində inşa olunacaq. Ermənistanın Astandakı yeni səfirliyi isə şəhərin prestijli rayonunda - Müstəqillik prospektinin yaxınlığında, ABŞ, Çin, Özbəkistan və BƏƏ səfirlikləri, həmçinin məşhur Sülh və Razılıq Sarayı ilə qonşuluqda ucaldılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31