Həsən Nəsrullahın ailəsi Xameneinin vida mərasimində iştirak edib

Bu gün Hizbullahın mərhum baş katibi Həsən Nəsrullahın ailəsi İranın keçmiş ali rəhbəri Əli Xameneinin Tehranda keçirilən vida mərasimində iştirak edib.

İran mediasının yaydığı məlumata görə, Nəsrullahın ailə üzvləri mərasimdə iştirak edərək Əli Xameneinin xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimləri bir neçə gün davam edəcək və tədbirlərdə İran rəsmiləri ilə yanaşı, müxtəlif ölkələrdən gələn nümayəndə heyətləri, din xadimləri və siyasi şəxslər də iştirak edirlər./Azad İran

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31