Hikmət Hacıyev Ceffri Saks ilə görüşüb
13:54 SiyasətAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat üzrə dünya şöhrətli professor Ceffri Saks ilə görüşüb.
O, bu barədə "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Bakıda səfərdə olan professorla davamlı inkişaf, geosiyasət və geoiqtisadiyyat barədə müzakirələr aparıb:
"Həmçinin Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc kimi artan rolu, sülh gündəliyimiz və regionun taleyinin region ölkələri tərəfindən müəyyənləşdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Onun Şərq-Qərb marşrutu boyunca elektrik avtomobilləri ilə həyata keçirilən "Marco Polo - Drive of Peace" təşəbbüsü dialoqun, əməkdaşlığın və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir".