Ermənistan UNESCO-nun sualtı mədəni irsin qorunması haqqında konvensiyasına qoşulur – ÖZƏL
13:35 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentin növbədənkənar iclasında ölkəsinin UNESCO-nun "Sualtı mədəni irsin mühafizəsi haqqında" Konvensiyasına qoşulmasının vacibliyini bəyan edib. Nazir bildirib ki, Göyçə gölü və digər su hövzələrində qorunmalı olan mədəni təbəqələr mövcuddur.
Müzakirələr zamanı müxalif deputat Artur Xaçatryanın Ermənistanın ölkə hüdudlarından kənardakı, xüsusilə Qarabağdakı mədəni irsi qoruyub-qorumaması barədə sualı isə gərginliyə səbəb olub. (?) Sualdan yayınmağa çalışan nazir deputatın israrından sonra əsəbi reaksiya verərək, onu Ermənistanın daxili milli maraqları haqqında düşünməyə çağırıb. Andreasyan ölkə daxilində də diqqətə ehtiyacı olan kifayət qədər abidənin olduğunu qeyd edərək, hökumətin yalnız Ermənistan sərhədləri daxilindəki tarixi-mədəni irsi qorumağa davam edəcəyini vurğulayıb.