Şəkil paylaşmaq asandır, Bəyannamənin prinsiplərinə sadiq qalmaq çətindir- ÖZƏL

"ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edən bəzi yoldaşlar böyük sevinc və qürurla şəkillərini sosial şəbəkələrdə paylaşırlar.Maraqlıdır, həmin şəxslər şəkil çəkdirdikləri sənədi heç oxuyublarmı? Orada yazılan fikirləri qəbul edirlərmi? Yoxsa bu, sadəcə növbəti protokol tədbiri və sosial şəbəkələr üçün uğurlu kadrdır?" Bunu "Olaylar"a Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib:
 
"Müstəqillik Bəyannaməsi sadəcə tarixi sənəd deyil. O, insanın təbii hüquqlarını, azadlığını, bərabərliyini, hakimiyyətin xalqın razılığı ilə formalaşmasını və dövlətin vətəndaş qarşısında məsuliyyətini müdafiə edən fundamental siyasi mətndir.

Əgər bu prinsiplər alqışlanırsa, onlar yalnız xarici ölkələrin səfirliklərində deyil, gündəlik fəaliyyətimizdə, idarəetmədə, universitetlərdə, elmdə və cəmiyyət həyatında da öz əksini tapmalıdır.

Şəkil paylaşmaq asandır. Çətin olan həmin şəkil fonunda nümayiş etdirilən dəyərlərə sadiq qalmaqdır. Müstəqillik Bəyannaməsi fonunda çəkilən hər bir şəkil, əslində, həmin prinsiplərə sədaqət haqqında ictimai bəyanatdır. Əgər bu sədaqət real həyatda görünmürsə, o zaman paylaşım simvolik jestdən o yana keçmir.

Tarix qarşısında insanı çəkdirdiyi şəkillər deyil, müdafiə etdiyi prinsiplər qiymətləndirir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31