Rusiya rəsmisi Ermənistanı Aİ ilə bağlı xəbərdar etdi: "Tələdəki pendir pulsuz olmur" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin İrəvanda Aİ-nin Ermənistan ixracatının 80%-nə tətbiq edilən gömrük rüsumlarını ləğv etməyi planlaşdırdığını bəyan etməsi Rusiyada kəskin reaksiya doğurub. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bu addımı şərh edərək Ermənistan rəhbərliyini "Avropa tələsindəki pendirin pulsuz olmayacağını" anlamağa çağırıb.

Slutskinin sözlərinə görə, bu cür ticarət güzəştləri ölkə ərazisində anti-Rusiya plasdarmı yaratmaq üçün Ukrayna təcrübəsinin tətbiqinin gələcək bədəlidir və bunun mənfi nəticələrini ilk növbədə erməni xalqı hiss edəcək. O vurğulayıb ki, İrəvan eyni vaxtda "iki stulda otura" bilməyəcək və Ermənistan ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Rusiya ilə əməkdaşlığı qorumalı, ya da Brüsselin protektoratını qəbul edərək faktiki olaraq suverenliyindən imtina etməlidir. Rusiya rəsmisi bu addımı dövlətin xarici idarəçiliyə verilməsi kimi fatal bir səhv adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31