Qarabağda görülən işlər prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticələridir- ÖZƏL
14:19 Siyasət"Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış Proqramı" işğaldan azad edilmiş ərazilərin bərpasını, müasir şəhərsalma prinsiplərinin tətbiqini, sosial infrastrukturun qurulmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli şəkildə qayıdışını təmin edən mühüm dövlət proqramıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa olunan müasir şəhər və kəndlər, məktəblər, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, avtomobil yolları və digər sosial infrastruktur obyektləri Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və güclü dövlət idarəçiliyinin real nəticələridir"