Rusiya, Çin və İranın diplomatik sükutu: Paşinyana mesaj verilir?- ÖZƏL

Ermənistanda keçirilən son seçkilərin nəticələri hələ də müzakirə olunur. Səsvermədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, Rusiyanın, Çinin və İranın rəhbərləri Nikol Paşinyanı qələbə münasibətilə təbrik etməyiblər. Erməni mediası bu diplomatik sükutu diqqətçəkən məqam kimi qiymətləndirir.

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistanda keçirilən seçkilərdə Rusiya öz namizədini hazırlamışdı və onu hakimiyyətə gətirmək istəyirdi. Lakin bu baş tutmadı. Ona görə hazırda Paşinyan hakimiyyətini qəbullana bilmir. Çin və İran da təbii ki, Ermənistanın ABŞ və Avropaya yaxınlaşmasını özünə təhlükə hesab etdiyi üçün İrəvana təbrik göndərməyiblər. Çinin Ermənistandan uzaqlaşmasına Rusiya səbəb ola bilər. Baxmayaraq ki, Baş nazir Paşinyan Çində olmuş, ölkələr arasında normal münasibətlər vardı. Əsasən Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İran ABŞ təsirini bəhanə edərək həm Ermənistana, həm də Azərbaycana təsir göstərmək üçün müxtəlif vasitələrdən istifadə edir. Ümumiyyətlə zaman keçdikcə Ermənistanla münasibətlərin normallaşması müşahidə oluna bilər. Çünki bu vəziyyət sözü gedən ölkələrin özünə və maraqlarına ziyandır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31