Avropa Komissiyasının sədri Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq proqram elan edib
20:51 SiyasətAvropa Komissiyası Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq yeni proqram elan edib.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bildirib.
"İkinci elanım 20 milyon avro həcmində yeni sülhə dəstək proqramı ilə bağlıdır. Birlikdə sülhün regionda möhkəmlənməsinə kömək etmək, sülhün üstünlüklərini insanların gündəlik həyatında görünən və hiss olunan etmək istəyirik", - deyə o bildirib. Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31