Samir Şərifov: Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası münasibətlərdə yeni mərhələ açıb
20:29 SiyasətAzərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirilir.
Olaylar xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub və iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir:
"Bu sənəd ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun, iqtisadi əməkdaşlığın və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31