Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
20:13 Siyasətİlk növbədə, əlbəttə ki, bu regionda baş verən məsələ - cərəyan edən proses sülh prosesidir. Bu gün tarixi sülh sazişini parafladığınıza görə Sizi təbrik etmək istərdim.
Bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
"Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31