Ermənistan Konstitusiya Məhkəməsində seçki şikayətləri müzakirə edilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsində siyasi qüvvələrin iddiaları üzrə keçirilən iclasda Baş prokurorun müavini Lilit Qriqoryan və daxili işlər nazirinin müavini Armen Qazaryan çıxış ediblər. Prokurorluq rəsmisi seçki prosesi zamanı daxil olan bütün şikayətlərin araşdırıldığını, iddiaçıların şübhələrinin dağıldığını və "Ermənistan" blokunun müraciəti əsasında icraat başladıldığını bildirib.

DİN rəsmisi Armen Qazaryan isə təkrar səsvermə hallarının qarşısını almaq üçün bütün tədbirlərin görüldüyünü, seçki məntəqələrindəki texniki nasazlıqların minimum səviyyədə olduğunu və səsvermənin nəticələrinə təsir etmədiyini vurğulayıb. O, həmçinin seçki günü səsvermənin gizliliyinin pozulması ilə bağlı 39 siqnal alındığını, Qarabağdan gələn ermənilərin vətəndaşlıq prosesi çərçivəsində isə artıq 40 876 nəfərə vətəndaşlıq verildiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31