Boreldən sərt tənqid: "Avropa Komissiyasının iddiaları xarici siyasətdə tam xaos yaradıb" – ÖZƏL
15:04 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) sabiq ali nümayəndəsi Jozep Borel "Politico" qəzetinə müsahibəsində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin öz qurumunun səlahiyyətlərini genişləndirmək cəhdlərini kəskin tənqid edərək, bunun ittifaqın xarici siyasətində tam xaos yaratdığını bildirib. Borelin sözlərinə görə, Avropa Komissiyası Aİ adından danışa bilməz, o, yalnız özünü təmsil edir. Sabiq diplomat buna misal olaraq Aralıq dənizi regionu üzrə avrokomissar Dubravka Şuytsanın səlahiyyəti olmadan ittifaq adından çıxış etməsini, eləcə də Andryus Kubilyusun müdafiə üzrə avrokomissar təyin edilməsini göstərib və vurğulayıb ki, Avropa Komissiyası "kölgə Pentaqon" roluna iddia etməməlidir.
Qeyd olunub ki, fon der Leyenin "hakimiyyət həvəsi" və qapalı idarəetmə tərzi artıq bir müddətdir digər avropalı məmurlar və üzv ölkələr tərəfindən narazılıqla qarşılanır, hətta bəzi ölkələr səlahiyyət bölgüsünün pozulmasına görə AK-nı məhkəməyə verməyi planlaşdırır.