Lavrov: Rusiya BQXK-nın qərəzsizlik və müstəqillik prinsipləri əsasında gücləndirilməsinin tərəfdarıdır- ÖZƏL

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinin əsasını təşkil edən qərəzsizlik və müstəqillik prinsipləri əsasında daha da gücləndirilməsini dəstəkləyir. Olaylar.az xəbər verir ki, Lavrov bu fikirləri Moskvada BQXK-nın prezidenti Mirjana Spoljaric ilə keçirdiyi görüşün açılışında səsləndirib.
Nazirin sözlərinə görə, Rusiya komitənin yarandığı gündən etibarən rəhbər tutduğu əsas prinsiplərin- xüsusilə müstəqillik və qərəzsizliyin qorunub saxlanılmasını vacib hesab edir və təşkilat rəhbərliyinin uzun illər ərzində bu dəyərləri müdafiə etməyə çalışmasını yüksək qiymətləndirir.
Lavrov qeyd edib ki, Rusiya ilə BQXK arasında müntəzəm təmaslar əməkdaşlığın daha səmərəli qurulmasına xidmət edir. O vurğulayıb ki, Moskva hörmət bəslədiyi bu beynəlxalq təşkilatın fəaliyyətinin möhkəmləndirilməsində maraqlıdır.
Rusiya XİN başçısı eyni zamanda iddia edib ki, Qərb ölkələri BQXK-nın fəaliyyətindən öz siyasi maraqları naminə istifadə etməyə çalışır. Onun sözlərinə görə, Qərb tərəfdaşları təəssüf ki, komitənin fəaliyyətinin əsasını təşkil edən prinsiplərə lazımi hörmətlə yanaşmırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31