Rusiya XİN: Rəqəmsal infrastruktur sahəsində təcrübəmizə dünyada böyük maraq var- ÖZƏL

Rusiyanın rəqəmsal infrastrukturun yaradılması və idarə olunması sahəsində topladığı təcrübə beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin direktor müavini Ernest Çernuxin Cənub İnformasiya Təhlükəsizliyi Forumunda bildirib.
Onun sözlərinə görə, xarici diplomatlar Moskvaya səfərləri zamanı xüsusilə metroda tətbiq olunan uzaqdan giriş, Wi-Fi və monitorinq sistemlərinin öz ölkələrindəkindən daha inkişaf etmiş olduğunu qeyd edirlər.
Çernuxin vurğulayıb ki, Rusiya texnoloji həllərinə dünyada tələbat artır və ölkə bu potensialdan səmərəli şəkildə istifadə etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31