Aram Vardevanyan: “Ermənistandakı seçkilər azad və bərabər şəraitdə keçirilməyib” – ÖZƏL
12:11 SiyasətOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" blokunun nümayəndəsi Aram Vardevanyan Konstitusiya Məhkəməsindəki yekun çıxışında ölkədəki parlament seçkilərinin konstitusiyaya uyğun gəlmədiyini, azad və bərabər keçirilmədiyini bəyan edib. Hüquqşünas seçki kampaniyası dövründə, səsvermə günü və ondan sonra kütləvi qanun pozuntularının qeydə alındığını bildirib. O, hakim partiyanın inzibati resurslardan geniş istifadə etdiyini, daxili işlər və antikorrupsiya qurumlarının müxalifətə qarşı "qara piar" kampaniyası apardığını, MSK-nın isə müstəqilliyinin olmadığını vurğulayıb.
Vardevanyan, həmçinin seçki ərəfəsində pensiyaların artırılmasını gizli səs satınalması adlandırıb və 16-17 min seçicinin təkrari səsvermədə iştirakı ilə bağlı şübhələrin aradan qaldırılmadığını qeyd edib. Blok rəsmisi bu pozuntuların sistemli xarakter daşıdığını və ölkəni "partiya-dövlət" modelinə sürüklədiyini bildirib.