Türkiyə Azərbaycanın təbii müttəfiqi və qardaşıdır- ÖZƏL
11:03 Siyasət"Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və Qarabağin işğaldan azad olunmasında bizə siyasi dəstək verən və yanımızda yalnız qardaş Türk xalqı və onun dövləti olub. Şəhidlər xiyabanına baxanda Anadoludan gəlib bizlər üçün canlarından keçən qəhrəman türk qardaşlarımızı rəhmətlə anırıq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:
"Türkiyə Azərbaycanın təbii müttəfiqi və qardaşıdır. Azərbaycana yaxın ikinci belə bir ölkə yoxdur. Türkiyə qarşı olanlar Azərbaycana qarşıdır. Unutmayaq ki, Türkiyənin regional və beynəlxalq güc olması Azərbaycanın təhlükəsizliyini kifayət qədər gücləndirir. Məhz Türkiyə 2015-ci il dən regional güc olmasi 2020-ci il də Cənubi Qafqazda geosiyasi proseslərin Azərbaycanin xeyrinə dəyişməsinə səbəb oldu".